Ru
19:20 / 01 Dekabr 2022

37 yaşlı müğənni toyundan bir neçə saat sonra öldü - FOTO/VİDEO

3724
Amerikalı müğənni Ceyk Flint evləndikdən bir neçə saat sonra vəfat edib.


Bakupost.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ifaçının meneceri Brenda Klayn sosial media hesabında məlumat paylaşıb.


O bildirib ki, 37 yaşlı ifaçı toyundan cəmi bir neçə saat sonra, yuxuda ikən dünyasını dəyişib.


Mərhum müğənninin həyat yoldaşı Brenda Uilson isə toy görüntülərini paylaşaraq bunları yazıb:

"İndi bu görüntülərə, toy şəkillərimizə həyat yoldaşımla baxmalı idim. Amma tezliklə onu torpağa verəcəyik".


Qeyd edək ki, Ceyk Flintin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdıra aparılır.





Aysel
Baku Post


37 yaşlı müğənni toyundan bir neçə saat sonra öldü - FOTO/VİDEO
37 yaşlı müğənni toyundan bir neçə saat sonra öldü - FOTO/VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər