Ru
10:32 / 21 Noyabr 2022

"4 əsgər ana və qızına təcavüz etdi" - Hadisə şahidi

1506
Ukraynanın Buça şəhərində cinayət törətməkdə ittiham olunan Rusiyanın 64-cü motoatıcı briqadasının əsgəri Nikita Çibrin cəbhədən qaçaraq şahidi olduğu müharibə dəhşətlərindən danışıb.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, Çibrin Andreevkada rus əsgərləri tərəfindən qadınların zorlanması faktını təsdiqləyib.

“Onlar başlarını itirmişdilər. Hərbçilərin çoxu evlərdə spirtli içki tapıb içirdilər. Andreevkada ana və qızın zorlanması hadisəsi olub. Bunu dörd rus hərbçisi etdi. Biri qaçdı, qalanları həmkarları və komandirləri tərəfindən taburetka ilə döyüldü. Onları ümumiyyətlə, güllələmək istəyirdilər”.

Nikita Çibrin onu da deyib ki, cəbhə bölgəsinə göndərilməməsi üçün özünü dəliliyə vurub O, ukraynalılara atəş açmamaq üçün ordudan qaçıb və buna görə ailəsi də daxil olmaqla hamı ondan üz döndərib.

“Mən onlar üçün Vətən xainiyəm. Bəs mən müharibəyə gedib Ukraynanın dinc sakinlərini öldürməliydim? Yoxsa həbsxanaya getməliydim? Üçüncü seçim sadəcə, qaçmaq idi”, - Nikita Çibrin deyib.

O, beynəlxalq məhkəmədə ifadə vermək istədiyini bildirib: "Bu, Rusiyanın başladığı cinayət müharibəsidir".

Zaur,
BakuPost

Şərhlər
  • t.ədalət

    Rus zabitləri bizim Qarabağda da həmin vəhşilikləri edirdilər.Onlar əsir düşmüş qadınları vı uşaqları zorlayırdılar.Təəssüfki aramızdakı binamuslar Rusiya üçün hələ də casusluq edirlər.Halbuki həmin rus Türkiyə olmasa həmin rus sevdalısının da ailəsinə müdaxilə edə bilərdi.Namusunu qoruya bilməyənin milləti olmur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər