Ru
10:41 / 27 Mart 2023

500 mindən çox sənədsiz ev qeydiyyata alınacaq? - Məcəlləyə dəyişiklik edilir

4448
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Milli Məclisdə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nə dəyişikliklər müzakirə olunub. Aparılan müzakirələr sənədsiz qeyri-yaşayış obyektlərinin sənədləşdiriləcəyinə yenidən ümidlər yaradıb.




İqtisadçı-alim, millət vəkili Vüqar Bayramov Bakupost.az -a açıqlamasında deyib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək:


“Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq, tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlı və təhlükəsiz bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək".


Millət vəkilinin sözlərinə görə, digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşdırılması nəzərdə tutulur:


"Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək".



Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər