Ru
09:15 / 20 İyun 2022

Xırdalanda ata oğlunu öldürdü

1442
İyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Abşeron Rayon Prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər