Ru
23:53 / 24 Sentyabr 2022

55 yaşlı kişini "tok" vurub öldürdü

2561
Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub.



Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə Üçgün kəndində qeydə alınıb.



Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.



M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.



Faktla bağlı araşdırma başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər