Ru
20:54 / 04 Noyabr 2022

740 nəfərin yaşadığı bu kənddə hamının soyadı eynidir - FOTOLAR

14736
Türkiyənin Siirt şəhərinin cəmi 740 nəfər əhalisi olan Aksöğüt kəndi maraqlı xüsusiyyəti ilə gündəmə gəlib.


Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, burada yaşayan hamının soyadı eynidir. Belə ki, bütün kəndlilər "Yeşilyurt" soyadını daşıyır.


Bildirilir ki, 26 ildir burada işləyən və soyadı "Yeşilyurt" olmayan yeganə şəxs kəndin imamı Mehmet Şafi Sevcan olub. O da bu yaxında başqa kəndə təyin olunub. Onun yerinə gələn imam isə kəndlilərlə qohumdur və eyni soyadı daşıyır. Buradakı məktəbdə fəaliyyət göstərən müəllimlər isə kənddə yaşamırlar. Beləliklə, kənddə fərqli soyada sahib olan heç kim yoxdur.


Kəndlilər bildirirlər ki, adaş olmaq burada böyük çətinliklər yaradır. Ona görə də adaşları ayırd etmək üçün onları ya nömrələməli, ya da atalarının adından istifadə etməli olurlar. Bu vəziyyət, həmçinin banklarda və dövlət qurumlarında da çaşqınlıq yaradır, bəzən cərimələr səhv adresə göndərilir.

740 nəfərin yaşadığı bu kənddə hamının soyadı eynidir - FOTOLAR
740 nəfərin yaşadığı bu kənddə hamının soyadı eynidir - FOTOLAR
740 nəfərin yaşadığı bu kənddə hamının soyadı eynidir - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər