Ru
17:30 / 26 Yanvar 2023

81 yaşlı sənətçi tanınmaz halda - Plastik əməliyyat etdirdi

5756
Türkiyə xalq musiqisinin tanınmış nümayəndəsi Bedia Akartürk 81 yaşında plastik əməliyyat etdirib.

Bakupost.az Türkiyə KİV-ə istinadla bildirir ki, sənətçinin cavanlaşdırma əməliyyatı Samsunda baş tutub.

Əməliyyatla bağlı danışan Bedia Akartürk deyib:

"Dünyada iki şeyə aşiqəm. Biri nəğmələrim, digəri xalqımdır. Xalq mahnılarını həmişə ən yaxşı şəkildə oxudum. Çalışıram nəğmələrimə mən də gözəllik verim. Sevənlərim məni həmişə güclü və gözəl görəcəklər.

Hazırda çox yaxşıyam. Etibarlı əllərdə idim. Gəlməyə cəsarət etdim və çox xoşbəxtəm. Deyirlər, bu yaşda plastik əməliyyat edir. Önəmli olan elə bu yaşda plastik əməliyyat etdirə bilməkdir. Həkim “bu işə qarışma, özünü mənə təslim et” dedi və əməliyyatı etdi. Allah ondan razı olsun".

Akartürk öz yaşıdlarına məsləhət də verib:

"Cəsarətləri, enerjiləri, şövqləri varsa, gəlsinlər. 80 yaşında gəlsinlər, 15 yaşında çıxsınlar".



Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər