Ru
17:55 / 03 Sentyabr 2024

89 yaşlı qadın 5 gün Alp dağlarında köməksiz qaldı

1479
Avropanın ən yüksək nöqtəsi kimi tanınan İtaliyada Alp dağlarında itən 89 yaşlı Cüzepina Bardelli 5 gün sonra tapılıb.

Bakupost.az xarici KİV-ə istindən xəbər verir ki, hadisə qadın oğluyla birlikdə göbələk yığarkən baş verib. Belə ki, huşunu itirən yaşlı qadın 20 metr hündürlükdən yıxılıb və 2 qabırğası sınıb.

Təcili xilasetmə qrupları, axtarış-xilasetmə helikopterləri və pilotsuz uçuş aparatları vasitəsilə axtarışa verilən qadın 5 gündən sonra tapılıb. Bardelli tapılarkən, yıxılaraq qırılan qabırğasının onun ağciyərini deşdiyi öyrənilib.
Bardellinin oğlu Roberto anasının gölməçələrdə tapdığı yağış suyunu içdiyini, yağışlı gecələrdə ağacın altında yataraq üstünə ot örtdüyünü, hətta tülkü ilə dostluq etdiyini deyib. Anasını taparkən göz yaşlarını saxlaya bilmədiklərini deyən Roberto xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin yaxşı olduğunu bildirib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar