Ru
17:56 / 28 Yanvar 2022

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşdü - FOTO

3706
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun Masazır, Novxanı və Saray qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə güllər qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bakupost.az xəbər verir ki, şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gələrək 30 illik vətən həsrətinə son qoyuldu: “Şəhidlərimiz, qazilərimiz və ümumilikdə ordumuzun, xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü”.

Abdin Fərzəliyev Abşeron rayonunun bütün şəhidlərini özündə ehtiva edəcək ümumrayon Şəhidlər Kompleksinin tikintisinin planlaşdırıldığını qeyd edərək bildirib ki, artıq memorial kompleksin layihəsi işlənir və yaxın günlərdə bütün şəhid ailələrinin iştirakı ilə müzakirə ediləcək. Onların təklifləri dinləniləcək.

Sonra Abdin Fərzəliyev şəhid baş leytenant Paşayev Daşdəmir Əlizaman oğlunun doğum günü ilə əlaqədar olaraq İkinci Fəxri Xiyabana gəlib. Burada şəhidin ailə üzvləri ilə birgə D.Paşayevin məzarı ziyarət olunub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar edilib. Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şucaətlərdən danışılıb. Məktəblilər vətənə, vətənpərvərliyə və D.Paşayevə aid şeirlər səslənbdiriblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər