Ru
09:47 / 06 Yanvar 2022

"Abituriyentlər çətinlik çəkir, imtahanlar sadələşdirilməlidir” - Ekspert

1705
“Azərbaycanlı gənclərin xarici ölkə universitetlərinə axınının qarşısını almaq üçün qəbul imtahanları sadələşdirilməlidir”.

Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert hesab edir ki, bir sıra Avropa​ ölkələri, qonşu Türkiyədə olduğu kimi ​ Azərbaycanda da abituriyentlər​ bir​ dəfə​ buraxılış​ imtahanı​ verməklə​ ali​ təhsil​ müəssisələrinə​ qəbul​ ola bilərlər:

“Qəbul imtahanlarının sadələşdirilməsinin tərəfdarıyam. Buraxılış​ və​ blok​ imtahanlarını​ birləşdirməklə​ birbaşa​ imtahan verərək, nəticəyə​ əsasən​ abituriyentlərin​ ali​ təhsil​ müəssisələrinə​ qəbulunu​ təmin​ etmək​ olar. Çünki abituriyentlərin ali məktəblərə qəbul olunmaq üçün çox böyük çətinliklər çəkir, illərlə hazırlıqlara, repetitor yanına getmətə məcbur olur. Onların böyük bir qismi isə qəbul imtahanlarının çətinliyi, ağırlığı səbəbindən ali təhsil almaq üçün xarici ölkələrə üz tutur. Bu səbəbdən, düşünürəm ki, dünya təcrübəsinə müraciət etmək lazımdır. Hər kəsə eyni dərəcədə ali məktəblərə qəbul olmaq imkanı yaradılmalıdır. Bir çox ölkələrdə olduğu kimi, ali təhsil müəssisələrinə qəbul xeyli asan, orada oxumaq isə çətinləşdirilməlidir. Belə olan halda biliyi, savadı, yüksək olan tələbələr ali təhsil almaq imkanı əldə edəcək”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər