ABŞ hökuməti SEPAH-ın üç kiber əməliyyatçısı haqqında məlumat üçün 10 milyon dollar mükafat təyin edib.
Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) sentyabrın 17-də SEPAH-ın Əli Ağamiri, Yasər Bəlagi və Məsud Cəlili adlı 3 əməkdaşının zərərli kiber fəaliyyətlərlə bağlı axtarışda olduğunu açıqlayıb.
FTB-nin məlumatına görə, üç iranlı mühafizə olunan kompüterdən məlumat əldə etmək, sui-qəsd və saxta identifikasiya yolu ilə dələduzluq və xarici terror təşkilatlarına maddi dəstək verməkdə ittiham olunur.
Qeyd edək ki, ötən ilin sentyabrında Vaşinqton məhkəməsi SEPAH-ın üç əməkdaşını kiber fəaliyyətlə bağlı çoxsaylı cinayətlərdə ittiham edib və onların həbsinə order verib.