ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya raket sistemləri, artilleriya mərmiləri, zirehli maşınlar və patrul qayıqları da daxil olmaqla 375 milyon dollarlıq hərbi dəstək paketini təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir:
“Müdafiə Nazirliyi Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizədə üstünlük təşkil etmək üçün lazım olan vasitələrə sahib olmasını təmin etmək üçün əlavə təhlükəsizlik dəstəyi elan edib.”.
ABŞ-ın təqdim etdiyi dəstək paketinə çoxsaylı reaktiv yaylım atəşi sistemləri (HIMARS), 155 və 105 millimetrlik artilleriya mərmiləri, TOW raketləri, Javelin, AT-4 tipli zirehli deşici raketlər, M1117 tipli zirehli maşınlar, minaya davamlı zirehli maşınlar, yüngül zirehli maşınlar daxildir.
Elnur
BakuPost