Ru
12:27 / 23 Noyabr 2022

ABŞ dövlət katibi Namiqi Amerikaya dəvət edib

4288
Tanınmış meyxana ustadı Namiq Məna 2005-2009 illərin arasında isə ABŞ dövlət katibi olmuş Kondoliza Rays tərəfindən ABŞ-a dəvət olunduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, “Səhər Mərkəzi” proqramına qonaq olarkən deyib. Sənətçi bildirib ki, bu səbəbdən 1 ay Amerikada olub:

”Amerikaya dəvət etmişdi. Bizim səfirimiz məlumat verdi. Orada 1 ay qaldıq. Bu janrı təmsil etdik. Bunların hamısı bizə göstərilən etimad idi. İstəyirik ki, bu janrı cəmiyyətə olduğu kimi təqdim edək. Dövlətin bu janra diqqəti böyükdür. Özüm Novruz bayramlarında Prezident qarşısında çıxış etmişəm, “Tərəqqi” medalı almışam.

Meyxanaya sevgi böyükdür. Qüsurları ona görə də çox gözə görünür. Bəzi sənətçi, bəstəkar, aparıcılar var ki, meyxanaçıları qısqanırlar. İstəyirlər ki, bu sahə üzərinə neqativ toplasınlar”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər