ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 90-nı ötüb.
Bakupost.az xəbər verir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının təsirləri davam edir.
Səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayının 90-ı keçdiyini açıqlayıb.
CNN-in məlumatına görə, səlahiyyətlilər təkcə Şimali Karolinanın Buncombe bölgəsində 600 nəfərin itkin düşdüyünü və ştatda 36 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin həftə ərzində qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.
Elnur
BakuPost