Ru
16:35 / 03 Fevral 2023

ABŞ Ukraynanın 20%-ni sülh müqabilində təklif edib? – AÇIQLAMA

4179
Alman mətbuatının yazdığına görə, Uilyam Bernsin Moskva və Kiyev görüşləri zamanı sülh müqabilində ərazi təklifləri səsləndirilib.

Bakupost.az xəbər verir ki, yayılan xəbərlərə görə sülh müqabilində Rusiyaya torpaq, Ukraynaya isə torpaq müqabilində sülh təklif olunub.

Lakin həm Ağ ev, həm də Kreml bu informasiyanı inkar edib.

Qəzetlər Bernsin Rusiyaya Ukrayna ərazisinin beşdə birini təklif edərək konflikti bitirməyi təklif etməsini yazmışdı.
Kreml sözçüsü Dmitriy Peskov bu fikirləri şayiə adlandırıb.

“2 alman politoloqunun NZZ qəzetinə verdiyi bu açıqlama cəfəngiyyatdır.

Bu məlumatlar onlarda haradandır bilmirəm. Bernsin Moskvaya gizli səfəri də olmayıb”.

Xatırladaq ki, qəzet Rusiyanın bu təklifdən imtinasından sonra Co Baydenin Ukraynaya amerikan tanklarını göndərmək qərarı verdiyini də yazıb.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər