Ru
09:02 / 20 Yanvar 2023

ABŞ Ukraynaya 2,5 milyardlıq yardım ayırdı

1253
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya zirehli texnika və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, 2,5 milyard dollar dəyərində yeni silah partiyasının ayrılmasına dair sənədlər imzalayıb.


Bakupost.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Pentaqonun məlumatında bildirilir ki, Amerikanın Ukraynaya yeni hərbi yardım paketinə 59 “Bradley” piyada döyüş maşını və onlara quraşdırılmış “TOW” tank əleyhinə raket sistemləri üçün 590 raket, 90 “Stryker” zirehli personal daşıyıcısı, 8 “Eight Avenger” hava hücumundan müdafiə sistemi, həmçinin HARM antiradar raketləri, NASAMS zenit-raket sistemləri üçün sursat və HIMARS çoxsaylı buraxılış raket sistemləri, eləcə də gecəgörmə cihazları və digər avadanlıqlar daxildir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər