Ru
14:02 / 13 İyul 2022

Ağalıya ilk köç nə zaman olacaq? - Tarix açıqlandı

5577
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.


Bakupost.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.


Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:


“Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcək, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər