"Ağdam-2023" layihəsinin 4-cü buraxılışı yayımlanıb.
Bakupost.az xəbər verir ki, yeni buraxılışda Ağdamda tikiləcək məktəb və bağçaların sayı, yeni məktəblərin özəlliyi və bu kimi suallara cavab tapmaq mümkün olacaq.
Həmçinin, Qarabağın ən qədim, 140 illiyini qeyd etdiyimiz Ağdam şəhər 1 saylı məktəbinin yeni binasından eksklüziv kadrlar da nümayiş etdiriləcək.
Qeyd edək ki, layihənin rejissoru Tərlan Tağıyev, operatorlar Nicat Nağızadə, Həsənağa Tağıyev, səs Zamiq Babayev, redaktor Etibar Məmmədov, montaj rejissoru Arzu Aslanov, koordinator İlqar Pənahovdur.
Ağdamı ilk-öncə insanlarımızın daimi yaşayacağı mərkəzə çevirək.