Ru
09:06 / 24 İyun 2022

Ailə balıq yeyib nadir xəstəliyə yoluxdu

1167
Avstraliyada bir ailənin 3 üzvü dondurulmuş balığı yedikdən sonra Qaff xəstəliyinə yoluxub.


Bakupost.az xəbər verir ki, ailə kral etelisi balığından yedikdən sonra özlərini pis hiss edib.


Onlar həkimə müraciət edərkən ayaqlarında güclü ağrılardan şikayətlənib.


20 yaşlı oğlanın sidiyi isə qəhvəyi rəng alıb.


Simptomlar yeməkdən 10 saat sonra başlayıb.


Həkimlər rabdomioliz diaqnozu qoyub, bu zaman əzələ toxumaları sürətlə dağılır, nekroz baş verir.


Nəticədə böyrək çatışmalığı belə yaranır.


Qaff xəstəliyinin dəqiq səbəbi hələ öyrənilməyib.


Güman edilir ki, bəzən balıqlarla insan orqanizminə dəniz yosunlarında olan zəhərli toksinlər keçir.


Həkimlər xəstələrə rehidrotasiya kursu keçib, dəqiq müalicə olmadığı üçün simptomlara görə gedişat seçilib.


Qaff xəstəliyi Avstaliya tibb tarixində son 100 ildə ilk dəfə idi qeydə alınıb.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər