Ru
13:59 / 01 İyul 2022

Ailə desertdən xəstəliyə yoluxdu - 9 həftə səbəb tapılmadı

1419
ABŞ-da bir ailə 9 həftə sirli xəstəlikdən əziyyət çəkib. Həkimlər belə xəstəliyin səbəbini tapa bilmirdi.


Bakupost.az xəbər verir ki, ailə özü təsadüfən səbəbi tapıb.


Kelse adlı qadın bildirib ki, araxisli desert yedikdən sonra onlar ailəliklə hər səhər qəribə simptomlar keçiriblər.


Hər bazar ertəsi o, əri və böyük oğlu diareya, qıcolma, yüksək hərarət keçirib.


Narahatlıq 12 saat çəkib, sonra vəziyyət düzəlib. Ailə bu səbəbdən xəstəxanaya gedib, müayinələrdən keçib, amma həkimlər qəribə sindromun səbəbini tapa bilməyib.


Onlar evlərini təmizləyib, özlərini təcrid edib heç kimlə ünsiyyətdə olmurdular ki, mümkün risklərdən qorunsunlar.


Nəhayət 9 həftədən sonra qadın səbəbin araxisli desertdə olduğunu anlayır. Həkim ona bu əlamətlərin salmonella ilə bağlı olduğunu deyir. Salmonella araxis yağında ola bilər.


Onlar çox vaxy səhər yeməyinə bu desertdən yeyərdilər. Qadın desert qutusunu evdən çıxarır, bundan sonra onlar sağalır.


“Mən inana bilmirəm ki, adi desertlə biz özümüzü necə zəhərləyirmişik. Təkcə 1 yaşlı oğlum xəstələnmirdi, biz ona bu desertdən vermirdik. Görünür istifadə etdiyimiz desert partiyası salmonella ilə yoluxmuş partiya olub”.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər