Ru
16:39 / 17 Noyabr 2022

Aksiyalar 1 ay da davam etsə, İran rejimi çökəcək - Ekspert

2771
İranda əxlaq polisinin Məhsa Əminini qətlə yetirməsindən sonra başlayan etiraz aksiyaları 61 gündür ki davam edir. Bununla belə bəzi ekspertlər əsas sosial təbəqələrin aksiyalara tam qatılmadığını, etirazç hərakıtına rəhbərlik edən liderin olmadığını bildirirlər. Onların fikrincə, məhz bu səbəbdən aksiyalar hələlik öz hədəfinə çatmayıb.


Məsələ ilə bağlı Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı Bakupost.az -a açıqlama verib.



O, heç də etirazların kor-təbii şəkildə keçirildiyi fikri ilə razı deyil.

Babək Muğanlının sözlərinə görə, aksiyalarda iştirak edənləri idarəçiləri mövcuddur:

“Bu hərəkat Məhsa Əminin ölümündən sonra bir qığılcım kimi başlayıb. Etirazların kökündə camaatın rejimdən cana yığılması dayanır. Aksiyalar 2 aya yaxındır ki, davam edir. Dünən, bu gün və sabah üçün böyük çağırış var idi. Artıq şəhərlərlə yanaşı, kəndlərdə də etiraz aksiyaları keçirilir. Bunların kor-təbii şəkildə keçirildiyini düşünmürəm. Göstəriş verilməsə, insanlar heç vaxt o aksiyalara çıxmaz. Bu aksiyaları idarə edənlər var. İdarə olunmasa, aksiyalar bu vaxta kimi davam edə bilməzdi”.

Babək Muğanlı etirazların rejim çökənə qədər davam edəcəyini bildirib:


“Etiraz aksiyaları molla rejiminin qəddarlığının qarşısını almaq üçün keçiriıir. Onlar bu rejimə “Yox" deyirlər. Rejim də islahatlara getməli, xalqın istəklərini qəbul etməlidir. Hicab məsləsinə görə güzəştlər olacağını hesab etmirəm. Amma orada təkcə hicab deyil, söz, cəmiyyət azadlığı da yoxdur, insanlar bütün azadlıqlardan məhrumdur. Onlar Suriya, İraq, Yəmən və 2-3 dəfə də Azərbaycanda böhran yaratmaqla insanların fikrini yayındırmaq istəyirdi. Lakin bu baş tutmadı. Rejimin özündə də daxili çəkişmələr var. Aksiyalar 1 ay da davam etsə, rejimin sonuna gətirib çıxaracağını düşünürəm. Gedişatı gözləmək lazımdır. Yaxşı nəticələrin olacağını düşünürəm”.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər