Ru
20:32 / 18 Avqust 2022

"Alatoranlıq"ın ulduz aktyoru adaşı ilə evlənir: soyadları da eyni olacaq - FOTO

2331
"Twilight" ("Alatoranlıq") filmləri ilə məşhurlaşan Taylor Lautner evlənməyə hazırlaşır.



Bakupost.az xarici mediaya istinadən bildirir ki, 30 yaşlı aktyor nişanlısı Taylor Dome ilə ailə quracaq.



Maraqlısı odur ki, adaş olan sevgililər evləndikdən sonra eyni ad və soyada sahib olacaqlar. Çünki Taylor Dome nikahdan sonra həyat yoldaşının soyadını daşıyacağını açıqlayıb.



Aktyor isə qonaq olduğu "The Kelly Clarkson Show"da bu mövzuda açıqlama verərək "Biz həqiqətən də eyni insan olacağıq", -deyib. Aktyorun sözlərinə görə, hazırda soyadları fərqli olsa belə, hamı onları fərqləndirmək üçün "Erkək Taylor və ya Dişi Taylor" deyə səsləyir.



Xatırladaq ki, 2018-ci ildə tanış olan Taylorlar 2021-ci ildə nişanlanıblar.


Aysel
Baku Post
"Alatoranlıq"ın ulduz aktyoru adaşı ilə evlənir: soyadları da eyni olacaq - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər