Ru
14:55 / 02 Fevral 2023

Ali məktəblərdə imtahanlar ləğv olunacaq? - Açıqlama

5904
Dünyanın bir sıra nüfuzlu universitetlərində tələbələr ali təhsili imtahanla deyil, layihə əsasında başa vurular.

Azərbaycanda da bir neçə ildən sonra bu praktikanın tətbiqi gözlənilir.

Bir neçə gün əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da rəhbərlik etdiyi ali təhsil ocağında imtahanların ləğv oluna biləcəyini deyib. O, tələbələrin bilik və bacarıqlarının layihə əsasında qiymətləndiriləcəyini diqqətə çatdırıb.

Maraqlıdır, ali təhsil müəssisəsində bu cür praktikanın tətbiqinin tələbələr üçün hansı müsbət nəticələri olacaq?




Mövzu ilə bağlı Bakı Mühəndislik Universitetinin prorektoru, təhsil eksperti Elçin Süleymanov Bakupost.az-a danışıb.


Ekspert bildirib ki, dünyanın əksər ölkələrində tələbələrin qiymətləndirilməsi sillabusda müəyyənləşir:


“Bu ölkələrdə tələbənin qiymətləndirilməsi tamamilə müəllimin səlahiyyətində olur. Dərsin mahiyyətinə görə necə keçirilməsi kafedra müdiri və dekanla razılaşdırılır. Bəzi dərslər var ki, kollektiv çalışma, tədqiqat aparma tələb olunur. Bu tətbiq dərsin keyfiyyətinə müsbət təsir göstərən bir nüansdır. Azərbaycan təhsili üçün tələbələrin layihə şəklində qiymətlədirilməsi hüquqi baxımdan imkansızdır.

Lakin gələcəkdə mümkün ola bilər. Çünki universitetlər hələlik imtahanda şəffaflığın olması üçün çalışır. Tələbənin layihə əsasında qiymətləndirilməsi üçün universitetə müstəqillik verilməli, universitet isə müəllimlərə müstəqillik verməlidir. Müəllimin dərsi tətbiq etmə üsulunu seçməsi, tələbənin müəllimi seçməsi təhsilin keyfiyyətinə müsbət təsir edəcək nüanslardır. Bütün inkişaf etmiş ölkələrdə tələbənin qiymətləndirilməsi müəllimin öz səlahiyyətindədir”.


Ekspert qeyd edib ki, tətbiq olunması nəzərdə tutulan layihə dərs proyekti adlanır. 3-4 tələbəyə bir mövzunu tədqiq etmək tapşırılır:


“Bərabər iş bölmə və analitik düşüncə qabiliyyəti yoxlanılır. Semestrın əvvəlində müəllim tələbələri qruplara bölür, layihə tapşırır. Tələbələr də auditoriya qarşısında layihəni təqdim edirlər. Buna bənzər praktika hazırda bəzi universitetlərdə semestr daxilində tətbiq olunur. Ancaq tələbələr semestrin sonunda imtahan vasitəsilə qiymətləndirilirlər. ADA-da magistr səviyyəsində müxtəlif fənlərdən layihə şəklində kurs işləri tələb olunur. Tələbələrdə analitik düşüncəni inkişaf etdirdiyi üçün bu cür qiymətləndirmə faydalıdır. Tələbələr bu şəkildə qiymətləndiriləcəkləri üçün təşvişə düşmələrinə ehtiyac yoxdur”.


Sevinc
BakuPost
Şərhlər
  • Əliyev Mehrab

    Çox yaxşı olardı əslində məndə bir şagird kimi qəbul edirəm

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər