Ru
14:22 / 15 Mart 2023

"Ali məktəblərə qəbul qaydaları dəyişməli, fənlər azadılmalıdır" - Ekspert

11658
“Dünyanın heç bir ölkəsində bu qədər fəndən imtahan götürülmür. Bu abituriyentlərin biliyini yoxlamaq yox, onlara əzab verməkdir. Buna son qoyulmalıdır. Mövcud qəbul qaydaları və imtahan formatı dəyişməlidir”.




Bunu Bakupost.az -a təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki,​ vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Nümunə kimi dünyanın aparııcı ölkələrininin qəbul qaydalarına baxılmalıdır:

“Fənlərin sayı minimallaşdırılmalı, qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır”.


E.Əfəndinin sözlərinə görə, bu gün yalnız məktəb təhsili ilə kifayətlənən şagirdlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası bal toplaya bilmirlər:


"50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzləri və kurslarda, repetitor yanında hazırlaşanlardır. Bu danılmaz hıqiqətdir".


Ekspertin fikrincə, təhsil və digər sferalarda uğur qazanmaq istəyiriksə, ilk növbədə hər şey məktəblərdən başlamalı, tədris prosesini ciddi nəzarətdə saxlamalıyıq. Əks halda vəziyyət daha da acınacaqlı olacaq: ​


“Hesab edirəm ki, kurikulum sisteminə keçid abituriyentlərin imtahan nəticəsinə təsir edir. Son 2-3 ildir ki, imtahanlar yeni formata keçib. Yəni kurikuluma. Kurikuluma keçdikdən sonra biz onu müşahidə etdik ki, sırf açıq sualların olması ümumi imtahan nəticəsinə təsir etdi. Bununla biz heç bir uğura imza ata bilməyəcəyik”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər