Ru
19:00 / 13 May 2022

"Ali təhsil haqqında" qanunda nələr var? - “Bu, özündə bir sıra vacib məsələləri ehtiva edir”

2294
“Hazırda "Ali təhsil haqqında" yeni qanun layihəsi üzərində ciddi iş gedir. Nəzərdə tutulub ki, qanun Milli Məclisin yaz sessiyasında müzakirə olunsun. Amma hələ ki, sənədin üzərində iş gedir, proses tam yekunlaşmayıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq”.


Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, Milli Məclisdə hazırlanan qanun layihəsi ilə bağlı təhsil ekspertlərinin iştirakı ilə bir neçə dəfə müzakirələr aparılıb.

Prezident Administrasiyasında və nazirliklərdə baxılıb, müzakirə edilib.

Millət vəkili vurğulayıb ki, yeni "Ali təhsil haqqında" qanun özündə bir sıra vacib, çox mühüm, əhəmiyyətli məsələləri ehtiva edir: “Hesab edirəm ki, "Ali təhsil haqqında" qanunu dəyişməklə biz növbəti mərhələdə təhsil sahəsində bir sıra irəliləyişlərin və müsbət dəyişikliklərin şahidi olacayıq”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər