Ru
21:24 / 01 Dekabr 2022

Alimlərdən xəbərdarlıq - Dünya qaranlığa qərq ola bilər

6416
Son aylar Günəşdə çoxlu partlamaların baş verməsi səbəbindən Yer kürəsinin geomaqnit qasırğası ilə üzləşəcəyi gözlənilir.


Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, ardıcıl Günəş fırtınaları Yerə ciddi təsir göstərə bilər.


Artıq alimlər baş verəcək dəhşətli Günəş fırtınası ilə bağlı dəqiq tarix verərək xəbərdarlıq edib. Fırtınanın səbəb olduğu radiasiya dalğası Yerə saatda 3 milyon kilometr sürətlə yaxınlaşacaq və elektrikin kəsilməsinə yol açacaq.


Mütəxəssislər bildirib ki, maqnit dalğalanmalarının nə vaxt sabitləşəcəyi bilinmədiyi üçün bu vəziyyət günlər və hətta həftələrlə davam edə bilər.

Alimlər Günəş fırtınalarının artmasına səbəb olaraq Yerin 11 illik Günəş tsiklində olmasını əsas gətirir.


ABŞ alimləri noyabrın 28-də Günəşin atmosferində dəlik aşkar ediblər. Bildirilib ki, Günəşin ekvatorundan keçən ekvatorial tac dəliyi “Yerə baxan vəziyyətdə aşkar edilib”.


Ekspertlər Günəş fırtınasının elektrik şəbəkəsi və peyklər üçün problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislər baş verən maqnit dalğalanmasının pisləşməsi nəticəsində dünyanın qaranlığa qərq ola biləcəyinə diqqət çəkiblər.


Bu partlayışları "Karrinqton hadisəsi" - 1859-cu ildə baş verib və dünya tarixində ən güclü geomaqnit qasırğası kimi yadda qalıb - ilə müqayisə edən elm adamları da var.


Günel
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər