Ru
11:14 / 21 Sentyabr 2022

Almaniya Putinin səfərbərlik qərarını pislədi

784
“Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etmək qərarı yanlışdır”.


Bakupost.az Reuters-ə istinadla xəbər verir ki, bunu Almaniyanın İqtisadiyyat naziri Robert Habek deyib .


Habek səfərbərliyi pis gedişat adlandırıb. Onun sözlərinə görə, Almaniya hökuməti gələcək fəaliyyətlərlə bağlı məsləhətləşmələr aparır.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Gillian Kiqan Rusiya prezidenti Vladimir Putinin Donbassda referendumların keçirilməsi ilə bağlı dediklərini “narahatedici eskalasiya” adlandırıb . O, həmçinin Putinin bəyanatını təhdid adlandırıb və bunu ciddi qəbul etməyə çağırıb.

Xatırladaq ki, Rusiya prezidenti bu gendən etibarən Rusiyada qismən səfərbərlik elan olunduğunu açıqlayıb .


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər