Ru
17:15 / 17 Noyabr 2022

Almaniyada qatarlar toqquşdu

1242
Almaniyanın Aşağı Saksoniya əyalətinin Gifhorn şəhəri yaxınlığında iki yük qatarı toqquşub.

Bakupost.az xəbər verir ki, yük qatarı öndə gedən və “dayan" siqnalını izləyən başqa bir yük qatarına çırpılıb.

Arxadakı qatarın 25 vaqondan ibarət olduğu və propan qazı daşıdığı bildirilib. Toqquşma nəticəsində bəzi vaqonlar relsdən çıxaraq aşıb. İki vaqondan propan qazının sızdığı açıqlanıb.

Qatarın maşinisti yüngül xəsarət alıb.

Qəza meşəlik ərazidə baş verdiyinə görə insanlar üçün təhlükə yaratmayıb.

Almaniya Dəmir Yolları şirkəti Deutsche Bahn qatar yollarının bağlanması səbəbilə Berlin və Hannover arasındakı qatar xidmətlərinin ləngidiyini, bir çox reyslərin ləğv edildiyini açıqlayıb.
Polisdən verilən açıqlamada dağıntıların ərazidən çıxarılması işlərinin və qəza ilə bağlı araşdırmanın bir gün çəkəcəyi bildirilib.

Aynur
BakuPost
Şərhlər
  • Ramin

    Men isteyirem ki Almaniyadan Siemens velaro qatarlari getirilsin Azerbaycana. Suretli ve keyfiyyetli qatarlardir. saatda 300 km sureti var, Baki- Qazax arasi buraxila biler.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər