Ru
17:45 / 17 Noyabr 2022

Almanlar Qətərdə keçirilən dünya çempionatını boykot edir

1406
Almaniyanın “Şalke” klubunun təmsilçiləri Qətərdə insan haqlarının pozulması səbəbilə noyabrın 20-də bu ölkədə başlayacaqfutbol üzrə dünya çempionatını boykot edəcəklərini açıqlayıblar.


Bakupost.az xarici mətbuata istinadla xəbər verir ki, alman klubunun rəhbərliyi Qətərə 2010-cu ildə turnirə ev sahibliyi etmək hüququnun verilməsini tarixi səhv hesab edir. Üstəlik, onlar komandanın futbolçusu Yoşidanın iştirak edəcəyi matçlar istisna olmaqla, qalan görüşləri seyr etməyəcəklər. Klubun rəsmi bəyanatında deyilir: "İnsanlar futboldan daha vacibdir".


Xatırladaq ki, dünya çempionatın keçirilməsi hüququnun alınması ilə bağlı Qətərə qarşı bir çox korrupsiya ittihamları irəli sürülüb. Bundan başqa Qətər çempionata hazırlaşmaq üçün işə götürülən əcnəbi işçilərin hüquqlarını pozduğuna görə tənqidlərə məruz qalıb.


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər