Ru
23:43 / 10 Yanvar 2022

Almatıda 675 nəfər saxlanılıb

890
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatı əyaləti və Almatı şəhərində iğtişaşlarda iştirak etdiklərinə görə 675 nəfəri saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Xabar 24” telekanalı ölkənin Milli Təhlükəsizlik Komitəsinə (MTK) istinadən məlumat yayıb.

"Almatı şəhəri və Almatı vilayətində üç gündə 675 nəfər saxlanılıb. Əməliyyatda MTK, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələri iştirak edir", - telekanal bildirib.

Telekanalın məlumatına görə, saxlanılanlar iğtişaşlar zamanı hərbçilərdən və polisdən götürdükləri iddia edilən səsli qumbaralar, dəbilqə və qalxanlarla terror aktları törətməkdə şübhəli bilinirlər.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər