Ru
12:09 / 05 Yanvar 2022

Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma - FOTO - VİDEO

1447
Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb.

Bakupost.az xəbər verir ki, Almatıda aksiya iştirakçıları polis postunu yandırıb.

Mitinq iştirakçılarının sözlərinə görə, həmçinin ölkənin hakim “Nur Otan” partiyasının filiallarından birinə hücum edilib.

Ölkənin teleqram kanallarının yaydığı məlumata görə, şəhərin mərkəzində hazırda etirazçılar ilə Milli Qvardiya qüvvələri arasında toqquşma baş verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütlənin qarşısını almağa çalışır.

Rəsmi məlumata görə, Almatıda qarşıdurma zamanı 137 polis əməkdaşı və 53 mülki vətəndaş xəsarət alıb. 190 nəfər tibb müəssisələrinə müraciət edib.

Bununla yanaşı, 40 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7-si hazırda reanimasiyadadır. Onlardan 4-ü polisdir.



Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma -  FOTO - VİDEO
Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma -  FOTO - VİDEO
Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma -  FOTO - VİDEO
Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma -  FOTO - VİDEO
Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma -  FOTO - VİDEO
Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma -  FOTO - VİDEO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər