Ru
16:52 / 10 Avqust 2022

AMB sədri Eldar Mansurovun oğluna vəzifə verdi

10362
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində məlumat yayılıb.


Bildirilib ki, AMB sədri Taleh Kazımovun əmri ilə Anar Mansurov bu departamentə rəhbər təyin edilib.


O, bu vəzifədə Sevda Əmirovanı əvəzləyib.


A.Mansurov buna qədər “Azergold” QSC-də Maliyyə direktoru kimi çalışırdı. O, paralel olaraq törəmə şirkət olan “AzərBlast” MMC-nin Müşahidə Şurasının sədri idi.


A.Mansurov respublika üzrə tanınmış bəstəkar Eldar Mansurovun oğludur. Eldar Mansurovun digər oğlu – Ülvi Mansurov isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorudur.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər