Ru
14:14 / 30 İyul 2022

AMEA ilə bağlı qərarda qeyri-müəyyənlik var - Pənah Hüseyn

5169
“30 il bundan əvvəl Elm və Təhsil Nazirliyinin yaradılması, o cümlədən AMEA-da ciddi islahatllar aparılması, elmin təşkili formalarının dəyişdirilməsi barədə disskusiyalar gedib, təkliflər irəli sürülüb. Nəhayət 30 ildən sonra bu istiqamətdə bir addım atılıb”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn deyib:

Onun fikrincə, burada narahatlıq doğuran məqamlar da var:

“Hesab edirəm ki, bu istiqamətdə qərar qəbul olunmalı idi. Şəxsi mövqeyim ondan ibarətdir ki, AMEA bütövlükdə artıq yoxdur. Lakin indiki qərarlarda da qeyri-müəyyənlik göz qabağındadır. Məsələn, Riyaziyyat və Fizika institutunun Elm və Təhsil Nazirliyinə verilməsi, yaxud Tarix və Ədəbiyyat İnstitutunun AMEA-da qalması da başadüqşülən deyil. Məlum olur ki, AMEA ancaq humanitar elmlərdən ibarətdir. Bu da qeyri-məntiqi görünür. Artıq AMEA-nın olmamasından danışmaq mümkündür. Eyni zamanda fərmanda AMEA-nın üç əsasnaməsinin hazırlanacağı haqqında müddəa var. Həmin əsasnamədə də yəqin ki, hansısa qurum AMEA adı altında qalacaq. Qəbul olunmuş islahatı, dəyişikliyi əsasən Ramiz Mehdiyev üzərindən təhlil edib, ictimai rəyə təqdim etmək də yanlışdır”.

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər