Ru
10:31 / 30 İyul 2022

AMEA islahatı: təkcə ad yox, kadrlar və sistem də dəyişməlidir - Reaksiya

4744
“Ümid edirik ki, AMEA ilə bağlı fərmandan sonra artıq tam sistemləşmiş və ən əsası sırf elmə xidmət edən işlər aparılacaq”.
Bunu Bakupost.az -a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli deyib.


V. Ağabəyli Elm və Təhsil Nazirliyinin yaradılması, AMEA-nın bundan sonrakı fəaliyyətini də dəyərləndirib:





“Uzun müddətdir ki, AMEA-a tənqid olunurdu. Bu da əsassız deyildi. Elm və tədris ocaqları şəxsi marağa yox, inkişafa xidmət etməlidir. Dünənki fərmanı belə şərh etmək olar ki, bundan sonra sistemli formada iş aparılmalıdır. Elm və təhsil sahələri qırılmaz əlaqədə olmalıdır. Tədqiqat işləri tətbiq olunmursa, praktik fəaliyyətdə işə yaramırsa, sadəcə maklatura yığımına çevrilir. Bəzən eyni adda, bir-birini təkrar edən müxtəlif strukturlar fəaliyyət göstərir. Bu, sanki kiminsə xətrinə dəyməmək üçün açılan "obyektə" bənzəyir. AMEA-da doğrudan da real tədqiqatlar və faydalı müzakirələr aparan qurumların da fəaliyyətini danmaq olmaz. Lakin bundan sonra, yəqin ki daha komplektləşdirilmiş və səmərəli fəaliyyət gözlənilir. Xüsusilə də, gənc və yaradıcı tədqiqatçıların fəaliyyəti və yenilikləri arzuolunandır. Eyni prosesləri müxtəlif təhsil müəssisələri bir-birindən xəbərsiz şəkildə həyata keçirirdi".


V.Ağabəylinin fikrincə, yaxın gələcəkdə bir-birini təkrar edən strukturlar və ali təhsil müəssisələrində fəaliyyət göstərən eyni adlı strukturlara birləşdirilə bilər:

“Ümumiyyətlə, bu məsələlərdə mahiyyət daha önəmlidir. Haranınsa adı dəyişir, kadrlar və sistem eyni şəkildə qalırsa, bunun əhəmiyyəti olmur. Keyfiyyətli işə isə düzgün aparılan kadr islahatlarından sonra ümid etmək olar. Bəzən gəncləşdirmə deyirik. Lakin elm və təhsildən, yaradıcılıqdan uzaq olan gəncin gəlib hansısa vəzifəyə oturması yalnız statistik göstərici ola bilər. Bu, keyfiyyətə və işin mahiyyətinə müsbət təsir edə bilməz. Bu baxımdan ümid edirik ki, növbəti mərhələdə atılacaq addımların real strategiyası tərtib olunmacaq, yararlı kadrların fəaliyyət sferası genişlənəcək. Təbii ki, bu da öz növbəsində həm elmə, həm də təhsilə töhfə verəcək”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər