Ru
21:00 / 05 May 2022

“AMEA-ya rəhbər yuxarıdan tapşırıqla təyin edilməməlidir” - Keçmiş deputat

2999
“Azərbaycan Milli Elmlər Akademiyasına rəhbər yuxarıdan tapşırıqla təyin olunmamalıdır”.


Bunu Bakupost.az -a açıqlamasında Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə deyib.


O yaşlı şəxslərin AMEA-ya rəhbər təyinatının düzgün olmadığını düşünür:


“Ramiz Mehdiyevin yaşında olan adamların ümumiyyətlə rəhbər gətirilməsinin əleyhinəyəm. Dünyanın heç bir yerində 75-85 yaşında olan insanlar işləmirlər. Ona görə də yeni seçimlər Akademiyanın Nizamnaməsinə uyğun aparılmalıdır. Hakimiyyət Elmlər Akademiyasının nizamnaməsinə uyğun davranmalı və yuxarıdan tapşırıqla Akademiyaya rəhbər təyin olunmamalıdır. Seçim doğru olarsa, Elmlər Akademiyası inkişaf edə bilər.


Azərbaycanda elmin və Elmlər Akademiyasının idarə olunması kökündən dəyişməlidir. Yeni sistem hazırlanmalıdır. Akademiyanın ayrı-ayrı institutları praktik sahələr ilə əlaqələndirilməli və müvafiq qurumlar elmə sifarişi həyata keçirməlidir. Elm sifarişlə fəaliyyət göstərməlidir. Azərbaycanda elmə sifariş deyə bir anlayış yoxdur. Azərbaycanda sahələr üzrə sifariş düzgün həyata keçirilməli və elmi işlə məşğul olanlar o sahədən kifayət qədər pul qazanmalıdır. Elmə fundamental baxış dəyişməlidir”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər