Ru
21:44 / 08 Dekabr 2021

Amerikalı sərmayədarlar Qarabağın bərpasında iştirak edəcək

846
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

"Görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", - nazir əlavə edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər