Ru
11:40 / 05 Avqust 2022

Antiterror əməliyyatı davam etməlidir - Vahid Əhmədov

6537
“Azərbaycan antiterror əməliyyatına başlamaqla bir daha sübut etdi ki, erməni başını qaldırsa, əməliyyat davam edəcək”.


Bunu millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlamasında bildirib.


Millət vəkili qeyd edib ki, Ordumuzun apardığı "Qisas" antiterror əməliyyatını davam etdirib başa çatdırmaq lazımdır:


"Rusiya iqtisadi-siyasi, humanitar problemlərlə üzləşib, çökmək ərəfəsindədir. Düşünürəm ki, bu mərhələdə Azərbaycan da öz sərhədlərini bərpa etməlidir. Dediyim kimi, heç bir torpaq elə-belə verilmir. Yalnız müharibə, güc yolu ilə mümkündür. Azərbaycanın da kifayət qədər gücü var. Ona görə də bu məsələni həll edib axıra çatdırmağın vaxtıdır. Əgər bunu axıra çatdırmasaq, ermənilər həmişə təxribtlara əl atacaqlar. Yəni, Rusiya çalışır ki, Qafqazda ikinci bir müharibə ocağı yaratsın. Hesab edirəm ki, buna həm Azərbaycan, həm də Türkiyə imkan verən deyil. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda qeyd etdi ki, “Azərbaycan bizi üçün qırmızı xətdir və heç kim onu təhdid edə bilməz”. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb və sənədi ratifikasiya etmişik. Ona görə Azərbaycan daha inamlı hərəkət etməli və torpaqlarını almalıdır”.


Millər vəkili bildirib ki, Ermənistanın bir dövlət kimi yox olma ehtimalı var:


"Ermənilər öz xislətlərindən əl çəkən deyillər. Müyyən manevrlər edərək, danışıqların formatını dəyişməyə cəhd edəcəklər, amma xeyri yoxdur. Onlar torpağımızı xoşluqla vermək niyyətində deyillər. Sülhməramlıların orada olmasına baxmayaraq, bir erməni silahlı birləşməsi belə oradan çıxarılmır. Ermənistan müstəqil siyasət aparsaydı, onlarla nəsə danışmaq olardı. Amma indi onlarla danışmaq qeyri-mümkündür. Onlar başa düşürlər ki, torpaq Azərbaycanındır, gec-tez azad olunacaq. Ermənistan əgər 5 il müddətində Türkiyə-Azərbaycanla normal münasibət qura bilməsə, onun bir dövlət kimi bölgədə qalması sual altındadır”.

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər