Ru
10:13 / 02 İyun 2022

Aqata qasırğası Meksikaya fəlakət gətirdi: ölən və itkin düşənlər var - VİDEO

3427
Aqata qasırğası Meksikaya fəlakət gətirib.

Bakupost.az xəbər verir ki, həmin dəhşətli görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, qasırğa daşqın və palçıq sürüşmələrinə səbəb olub, nəticədə ən azı 10 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Qubernator Alexando Murat çayların sahillərini aşdığını və insanları evlərindən yuyub apardığını, digər qurbanların isə palçıq və qayaların altında qaldığını bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Meksika Meteorologiya Xidməti qasırğa ilə əlaqədar yağışlı hava şəraitinin çayların səviyyəsini artıracağı və alçaq ərazilərdə daşqın və sürüşmələrə səbəb olacağı barədə xəbərdarlıq etmişdi.


Bununla bağlı ştatda baş verə biləcək mümkün fəlakətlərə görə 200 sığınacaq açılıb. Bu sığınacaqlarda 26 minə yaxın insan yerləşə bilər.

Aqata qasırğasının ətrafdakı Çiapas, Verakruz, Tabasko və Qerrero ştatlarında güclü yağışlara səbəb olacağı proqnozlaşdırılır.


Qasırğa səbəbindən bölgədə dəniz və hava nəqliyyatında fasilələr yaranıb. Mexiko Beynəlxalq Hava Limanı (AICM) bölgəyə 27 reysin ləğv edildiyini açıqlayıb. Oaxaca və ətraf ştatlarda ümumilikdə 13 liman nəqliyyat üçün bağlanıb.

Bölgədə təsirli olan Aqata qasırğasının 2-ci səviyyə qasırğa kateqoriyasında olduğu açıqlanıb.






Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər