Ru
17:57 / 17 Yanvar 2023

Astara sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər - FOTO

938
"SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Səyyar qəbul otağı"ında  bu gün Astara sakinlərinin üzləşdiyi problemləri qeydə alacağıq. Bu məqsədlə hər bir kəs qaz təchizatı ilə bağlı istənilən məsələni səsləndirə bilər".


Bakupost.az xəbər verir ki, bunu Lənkaran RQİİ-nin baş mühəndisi Aqşin Ağayev "Açıq mikrofon" aksiyasında çıxışı zamanı bildirib.

Daha sonra söz aksiya iştirakçılarına verilib. 20-dən çox müraciətin ünvanlandığı görüşdə Sığaloni və Marzəsə kəndlərinin qazlaşdırılması istəyi yer alıb. Qazlaşdırılan digər kəndlərdən qatılan abonentlər tərəfindən isə qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı xahişlər ünvanlanıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Astara sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Astara sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Astara sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Astara sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər