ınAvropa çempionatının final matçında qarşılaşacaq İspaniya və İngiltərə millilərinin start heyətləri açıqlanıb.
İspaniya millisi: Unay Simon, Dani Karvahal, Robin Le Norman, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olma, İnaki Vilyams, Alvaro Morata.
Baş məşqçi: Luis de la Fuenta
İngiltərə millisi: Cordan Pikford, Kayl Uoker, Con Stounz, Mark Geyi, Lük Şou, Deklan Rays, Kobbi Meyno, Bukayo Saka, Fil Foden, Cud Bellingem, Harri Keyn
Baş məşqçi: Qaret Sautgeyt
Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.
***
Matç başladı.
***
Birinci hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Niko Uilyams 46-cı dəqiqədə vurduğu qolla İspaniya hesabı açır.
***
Palmerin 72-ci dəqiqədə vurduğu qolla hesab bərabərləşir - 1:1.
***
86-cı dəqiqədə Mikel Oyarzabalin qoli ilə ispanlar yenidən hesabda önə çıxır - 2:1
***
Matç başa çatdı.