Avropa İttifaqı(Aİ) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.
Bakupost.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinin tətbiqi ilə bağlı Aİ-nin Rəsmi Jurnalında dərc olunmuş sənəddə deyilir.
Sanksiyaya məruz qalan xarici şirkətlər arasında Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", Azərbaycanın "Aqua Fleet Management", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri yer alıb.