Ru
17:15 / 20 Sentyabr 2022

Avropa İttifaqı azərbaycanlı qızın mahnısını seçdi - VİDEO

7669

Avropa İttifaqının gənclər kampaniyasının rəsmi musiqisi azərbaycanlı gənc ifaçının bəstələdiyi və ifa etdiyi mahnısı seçilib.


Bakupost.az xəbər verir ki, Leyla Tağıyevanın sülh haqqinda yazdiğı, sözləri və musiqisi özünə aid "8 billion people" (8 milyard nəfərlik komanda) mahnısı seçilib.


Bu gün mahnı Avropa İttifaqının BMT-dəki, ATƏT-dəki, Çexiya Respublikasındaki, Avropa Şurasındaki, Yaponiyadaki, Cenevrədəki səfirlikləri və başqa bir sıra beynəlxalq nümayəndəliklər və rəsmi səhifələr tərəfindən yayımlanıb.


Sözügedən mahnının sözlərini təqdim edirik:

Müharibədən qurtulan bir qızla tanış oldum
Gözlərinə baxdım, o əvvəlki kimi deyildi
Xəyalları da evi kimi məhv edilib,
Maraqlıdır, mən onun qəhrəmanı ola bilərəmmi?
Dünya paylaşmağımız üçündür,
Ona qayğını göstər,
Hər yerə sevgi saç!
MƏN DÜNYANI TƏK BAŞINA dəyişə bilmərəm
Amma mənə əlini versən
Söz verirəm, bu son olacaq!
Sülh anlayışını bir xəyaldan daha artığı edək
Hər şeyi yenidən quraq
Və, gəlin, 8 milyard nəfərdən ibarət komanda olaq!




Günel
BakuPost

Şərhlər
  • t.ədalət

    Rusiya durduqca dünyada sülh olmayacaq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər