Avropa İttifaqı (Aİ) Ukraynaya 4,2 milyard avro maliyyə dəstəyi göndərib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyası Ukraynaya 2027-ci ilə qədər veriləcək 50 milyard avroluq maliyyə dəstəyi paketi çərçivəsində ilk müntəzəm ödənişin bu gün edildiyini açıqlayıb.
Açıqlamada Ukraynaya 4,2 milyard avronun göndərildiyi və Avropa İttifaqı tərəfindən maliyyə yardımı çərçivəsində indiyədək Ukrayna hökumətinə ümumilikdə 12 milyard avro maliyyə yardımının edildiyi qeyd edilib.
Vasif
BakuPost