Ru
13:55 / 20 Yanvar 2023

Avropa Parlamenti bir ovuc erməniyə əsir düşüb - Sabir Rüstəmxanlı

3823
Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnamə Azərbaycan ictimaiyyətində ciddi etirazla qarşılanıb.


Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı münasibət bildirən millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, bu qətnamə Avropa Parlamentinin adına və statusuna yaraşmır:


"Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti Avropa dövlətlərinin özləri haqqında yaratdıqları demokratik, ədalətli, insan haqlarına sayğı göstərən mifini vurub dağıdır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırıma, şəhər və kəndlərimizin, tarixi abidələrimizin, mədəniyyət obyektlərinin dağıdılmasına qarşı biganəlik göstərildi. 30 il ərzində heç bir beynəlxalq normaya və insani dəyərlərə sığmayan əməllərə görə Ermənistanı qınamadılar, ermənilərə qarşı heç bir tədbir görmədilər. ATƏT-in Minsk qrupu bu faciələrə göz yumub, vaxtı uzatmaqla, işğalçıyla torpağı işğal ediləni eyni hüquq müstəvisində göstərməyə çalışdı, özünü yalandan iş görürmüş kimi göstərməyə çalışdı. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi, bölgədə sülh yaranması üçün mühüm şərait olduğu halda erməni diasporunun əsirinə çevrilən avropalı deputatların mövqeyi yalnız yenidən gərginlik yaradılmasına xidmət edir".

S.Rüstəmxanlı qətnamənin tamamilə yalan və saxta əsaslar üzərində hazırlandığını vurğulayaraq belə bir mövqenin bölgədə barış mühitinin yaranmasına xidmət etmədiyini, sanki İrəvanda hazırlandığını bildirib:


"Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük. Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır. Laçın yolunda keçirilən aksiya blokada deyil və bunu xarici media mənsubları da görüb, dünyaya yayımlayıblar. Söhbət blokadadan gedirsə, əksinə 30 ildən artıqdır Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası blokadada saxlanılır və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpa edilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı 10 noyabr öhdəliklərini Ermənistan yerinə yetirmir".


Zəfər savaşından sonra yaranmış yeni geopolitik durumda Azərbaycanın dövlət olaraq bu kimi əsassız qətnamələrə sinə gərmək gücündə olduğunu da qeyd edən millət vəkili artıq dünyanın yeni siyasi düzənə qədəm qoyduğuna diqqət çəkib:

"Bu gün Azərbaycan tək bölgədə deyil, qlobal arenada mühüm strateji mövqeyə malik bir dövlətdir. Həmin qətnaməyə səs verən avropalı deputatlar iki məqamı unutmamalıdır. Əvvəla, Avropanın enerji təhlükəsizliyində Azərbaycan mühüm rolu var. Digər tərəfdən hazırda dünya siyasi düzənində Türk Dünyası yeni bir güc mərkəzi kimi formalaşmaqdadır. Tarixi bağlar üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı çərçivəsinfə ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu zəncirdə böyük önəmə malikdir. Anadoludan Uzaq Şərqə qədər böyük bir coğrafiyada hakim olan millətin gücünün qarşısında heç bir iqtisadi və siyasi imkana malik olmayan bir ovuc erməniyə əsir düşmək siyasi naşılıqdır"


Sabir Rüstəmxanlı sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edərək, onlara rəhmət diləyərək, Bakıda Qanlı Yanvarı törədənlərlə, Avropa Parlamentində Azərbaycanı günahlandıranların ermənipərəstlikdə eyni mövqedə dayandıqlarını və qırğınlarla soyqırım və savaşla Azərbaycan xalqının əzminin heç vaxt qırılmayacağına, Qələbə ruhunun davam edəcəyinə əminliyini bildirdi.
Şərhlər
  • t.ədalət

    Siz Avropadan gileylənirsiniz.ermənilər Azərbaycan hakimiyyətini də ələ keçiriblər.Vəzifələrə təyin olunanların anaları,qaynanaları,arvadları erməni deyilmi?Özü də Qarabağda ermənilər bizi öldürə-öldürə vəzifələri ələ keçirirlər.Bunun kökünü axtarıb tapsaq,Avropaya da əlimiz çatacaq.

  • Fazil Güney (Abbasov)

    40 idir əldə qələm ermənizmlə döyüşən Sabir Rüstəmxanlı həmişə qələm sahiblərinə örnək olubdur. Amma Azərbaycanın hərb və siyasət alanlarındakı p arlaq qələbələri ilə müqayisədə ədəbiyyatımız, incəsənətimiz, özəlliklə kinomuz geri qalır... Bu qələbələrimiz əcnəbi dillərdə dünya arenasına çixarılmır. Bu, bir gerçəklikdir ki, siyasi və hərbi olaylar ədəbi əsərlər, kino-filmlər vasitəsilə adamların ürəyinə, beyninə daha tez yol tapıb oturur...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər