Ru
12:01 / 23 Noyabr 2022

Avroviziya-da yenilik

1976
Avropa Yayım Birliyi (AYB) “Avroviziya” Mahnı Müsabiqəsində təkcə iştirak edən ölkələri deyil, bütün dünyanı səsverməyə dəvət edib.

Bakupost.az xəbər verir ki, qərar 2023-cü ildən keçirilən yarışlarda tətbiq olunacaq.

Yarımfinala yüksələcək rəqiblər bütün dünyanın səs verəcəyi sistemlə müəyyənləşəcək. Finalda isə qalibin müəyyənləşdirilməsi üçün peşəkar münsiflər heyəti fəaliyət göstərməyə davam edəcək.

AYB yeni sistemlə müsabiqəyə olan qlobal marağı və rəqabəti aktual tutmağı hədəfləyib.

Səsvermə onlayn platformalar vasitəsilə aparılacaq.

Dünyanın qalan hissəsini ilk dəfə səs verməyə dəvət edən bəyanatda dəyişikliklər ictimaiyyətə açıqlanıb:

-Yarımfinala yüksələcək ölkələri yalnız tamaşaçılar müəyyən edəcək;
-Münsiflər heyətinin səsləri qlobal auditoriyanın səsləri ilə birlikdə müsabiqənin nəticəsini müəyyən edəcək.


“Avroviziya” Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Osterdal yeni sistem haqqında danışıb:

"Bu dəyişikliklər dünyanın ən böyük musiqi tədbirində tamaşaçıları üstün tutaraq şounun geniş populyarlığını nəzərə alır".

Qeyd edək ki, Avroviziya 2022-nin qalibi Ukrayna olub. AYB Ukraynanın müharibə şəraitində olduğu üçün ölkənin ev sahibliyi etməsini təhlükəli hesab edib. Bu səbəbdən “Avroviziya 2023” Mahnı Müsabiqəsi yarışmada 2-ci yerdə qərarlaşan İngiltərənin Liverpul şəhərində keçiriləcək.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər