Ru
23:22 / 19 Oktyabr 2022

Avtomobilini vuran sürücünün burnunu dişlədi, vəzifədən uzaqlaşdırıldı - FOTO

13765
Futbol izləməyə gələn 53 yaşlı azarkeş, avtomobilini vuran digər sürücünün burnunu dişləyib.



Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Arkanza ştatının Faytevil şəhərində baş verib.



Bildirilib ki, futbol matçını izləməyə gedən Ramsi adlı 53 yaşlı azarkeş matçdan sonra avtomobili ilə qarajdan çıxmağa çalışarkən digər sürücü onun maşınını yan tərəfdən vurub. Bundan sonra tərəflər arasında insident baş verib. Avtomobili vurulan azarkeş digər sürücünün burnunu ətini qoparacaq dərəcədə bərk dişləyib.



Qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə günahlandırılan Ramsi ertəsi gün 10 000 dollar girov qarşılığında sərbəst buraxılıb.



Qeyd olunur ki, Ramsi ABŞ-da bitki mənşəli qidaların satışını həyata keçirən “Beyond Meat” şirkətinin baş əməliyyat direktorudur. O baş verən hadisədən sonra vəzifədən uzaqlaşdırılıb.
Avtomobilini vuran sürücünün burnunu dişlədi, vəzifədən uzaqlaşdırıldı - FOTO
Avtomobilini vuran sürücünün burnunu dişlədi, vəzifədən uzaqlaşdırıldı - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər