Ru
18:00 / 16 Noyabr 2022

Aya geri dönüş: NASA yeni raketin buraxılış anını yaydı - VİDEO

7736
"Artemis-1" raketi ABŞ kosmodromundan Aya doğru start götürüb.

Bakupost.az xəbər verir ki, NASA raketin buraxılış anını yayımlayıb.


SLS (Space Launch System) daşıyıcı raketi “Orion” kosmik gəmisi ilə “Artemis-1” missiyası çərçivəsində pilotsuz sınaq rejimində havaya qalxıb.


Gəmi missiyanı başa vuraraq dekabrın 11-i Yer kürəsinə geri dönməlidir.


Qeyd edək ki, 2024-cü ildə “Artemis-2” missiyasının həyata keçirilməsinin planlaşdırıldığı bildirlib. 4 astronavtdan ibarət ekipaj Aya göndəriləcək. 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulan “Artemis-3” missiyası çərçivəsində isə amerikalı astronavtlar Ayın səthinə enəcəklər.



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər