Ru
17:56 / 06 İyul 2022

Ayağını çölə çıxarıb maşın sürən şəxs HƏBS EDİLDİ - VİDEO

3730
Bakı şəhərində sürücü ayağını çölə çıxardaraq avtomobil idarə edib.


Bakupost.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəlllüdlü Murad Əşrəfov ayağını çölə çıxardaraq cəmiyyətə açıq hötmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilb: "İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.


Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi və məsuliyyətli olmağı xahiş edirik".


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər