Ru
11:40 / 06 Avqust 2022

"Az yaşadı, amma kişi kimi yaşadı...” - Şəhid atasından ürəkdağlayan sözlər - VİDEO

8859
“Üç övlad atası idim, birini şəhid verdim. Oğlum başımı uca etdi. Az yaşadı, amma kişi kimi yaşadı”.


Bakupost.az xəbər verir ki, bunu “şəhid Samir Xudiyevin atası Səməd Xudiyev deyib.


Onun sözlərinə görə, oğlu mərd, vətənpərvər oğlan olub: “Onun əmisi də qazi olub. Həmişə məcburi köçkün düşməyimiz barədə, ermənilərin bizə yaşatdığını danışanda diqqətlə qulaq asırdı. Deyirdi ki, ata, siz zülm çəkmisiniz. Əsgərliyə gedəndən 9 ay sonra 10 günlük məzuniyyətə gəlmişdi. İki gün qalandan sonra səbrinin çatmadığını, uşaqlardan ötrü darıxdığını bildirdi. Belə oğlanları 30-50 ildən bir tarix yetişdirir, söndürür. Belə oğlanlara görə Vətən yaşayır. Oğlumun da yeri cənnət olsun, Vətən sağ olsun. Allah şəhidlərə rəhmət, qazilərə can sağlığı versin”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər