Ru
13:46 / 01 Oktyabr 2022

Azadə Balayeva vəzifəsindən azad edildi

3022
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.


Bu barədə onun özü məlumat verib.


A.Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək.


Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.


Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Şərhlər
  • t.ədalət

    Bu Azadə Balayeva kimdir ki,bu qədər təbliğ olunur?Döyüşçüdürmü,cəbhə xəttində,yaxud da elə Akademiyada hansısa bir fərqləndiyi sahə varmı?Məncə,belə informasiyalar adamlarda istehza yaratmaqdan başqa bir şey deyildir.Bəzilərinin adının qarşısına "tanınmış" sözünün yazılışı da gülüncdür.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər